Röyaya çevrilən Röyalə... - fotolar

Röyaya çevrilən Röyalə... - fotolar
13:11 28 Noyabr 2016
2325 Şou
Ölkə mətbuatı
A- A+

Son konsertində jurnalistlərə qarşı aqressiv addımı ilə gündəmə gələn Röya Ayxan adekvat münasibətlə üzləşib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, medianın bir qismini konsertə buraxmayan sənətçi onları hədələməkdən, təhqir etməkdən çəkinməyib.

Onun bu hərəkəti mətbuat orqanları tərəfindən birmənalı qarşılanmayıb. Bu gün ölkənin aparıcı KİV-lərində müğənniyə qarşı sərt yazılar dərc olunub.

Maraqlıdır ki, oxumağa başlayandan unitazda oturmağından tutmuş ərə getməyi, müxtəlif çılpaq foto-videoları ilə gündəmə gəlməyi bacaran bu sənətkar, daim mətbuata yuxarıdan aşağı baxıb. Ancaq bu qızcığaz unudur ki, mətbuat onu ucaltdığı kimi qaytarıb çıxdığı yerə də göndərə bilər. Yəni, uzun illər əvvəlin sadə, bəsit, kəlmə başı ağlayan Röyaləsinə çevirilə bilər. Bu dəfə qısa qeydlərlə kifayətlənirik. Əgər özünün dediyi kimi mətbuata fınxırmaqda davam etsə, gözəl şəkilləri, videolları və keçdiyi keşməkeşli həyat yolu ilə bağlı ayrıca yazı dərc edəcəyik.

Məsələ belədir ki, indiyənə kimi Azərbaycan mətbuatına məlum mövqeyi ilə sifət göstərən təkcə Röya olmayıb. Müxtəlif sahələrdən olan insanların mətbuata qarşı haramzada münasibətini daim müşahidə etmişik. Elə əli başına çatan yerli mətbuatı söyüb, təhqir edib, aşağılayıb. Biz başa düşürük... Ancaq daha Röya tərəfindən yox də...

Xatırladaq ki, mətbuatda onun bu addımlarına dəfələrlə cavab verilib və müğənni öz yerinə oturdulub. Bu gün də qeyd etdiyimiz kimi, bir sıra xəbər portallarında onun haqqında sərt yazılar dərc olunub.

Lent.az xəbər portalı “Haram olsun, Röya” başlığı ilə yazı dərc edib:

“İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç. İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir”.

Müsavat.com saytı isə sənətçinin bu addımına görə, 8 il həbs oluna biləcəyini qeyd edib.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR