Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb

Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb
13:12 28 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bankda-saxta-dollari-deyisdirmek-isteyen-qadin-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR