Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bozbash pictures"in "Şirini"i: "6 ildir ki, bu sevgi ilə yaşayıram" - FOTO

"Bozbash pictures"in "Şirini"i: "6 ildir ki, bu sevgi ilə yaşayıram" - FOTO

Date: 28 November 2016 13:22

"Bozbash pictures"in "Şirini", tanınmış aktyor Nicat Rəhimov "Oğlan evi" filmindəki rolundan danışıb. O, Milli.Az-a açıqlamasında bildirib ki, aktyor hər xarakterdə olan obrazları oynamalıdır:

"İlham Qasımovun rejissorluğu ilə "Oğlan evi 2" filmində çəkildim. Filmdəki adım Yavərdir, tam müsbət, maraqlı obrazdır. Filmdə məndən başqa Elcan Rəsulov, Hüseyn Əzizoğlu da çəkilib. İnşallah, dekabrın 30-da qala gecəsidir. Film dekabrın 1-dən bütün kinoteatrlarda olacaq"

Aktyor rejissor Emil Abdullayevin çəkdiyi "Axırıncı yol" filmindəki Aybəniz və Şirin obrazlarının da tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib:

"6 ildir ki, "Şirin" in sevgisi ilə yaşayıram. Mən inanıram ki, daha da çox seviləcək. Emil Abdullayevin "Axırıncı yol" filmində iki obraz oynadım və hər ikisi də sevildi. Qeyd edim ki, Aybəniz çox çətin obraz olmasına baxmayaraq mən onun öhdəsindən layiqincə gəldim və əziyyətimin bəhrəsi idi ki, obraz çox sevildi. Mən hər obrazda özümü görürəm və rejissor da məndə bunu görməlidir. Hələ çox obrazlar var ki, onları canlandıracağam və inanıram ki, bunun öhdəsindən gələcəyəm. İlham Qasımov elə rejissordur ki, aktyoru hər obrazda oynatmağı bacarır. Buna mənim imkanlarım da çatır. "Oğlan evi 2" filmində Yavər obrazı da inanıram ki, uğurlu olacaq. Aktyorlarla rejissorun uyğunluğu olmalıdır. Bunlar ikisi bir arada gözəl iş birliyi yaradır. Onu da qeyd edim ki, "Bozbash pictures" komandası dincəlmək bilmir. Belə ki, mart ayında "Stalinin başı" kinokomediyasının təqdimat mərasimi baş tutacaq".

Əli Rəhimoğlu
Milli.Az























Tags:  Bozbash picturesin Şirinii ildir bu sevgi yaşayıram FOTO

RƏYLƏR


Top news