Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yollanıb

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yollanıb

Date: 28 November 2016 13:37

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Azərbaycana rəsmi səfərə yollanıb.
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədin imzalanması gözlənilir.
A.Lukaşenkonun Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.


Tags:  Belarus prezidenti Azərbaycana rəsmi səfərə yollanıb


RƏYLƏR


Top news