Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxslərə hökm oxunub

Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxslərə hökm oxunub

Qubada bacanağını öldürən şəxsə hökm oxunub (14 Mart 2017 11:52)
Vətəndaşlara qarşı dələduzluq edən vəkilə hökm oxunub (10 Mart 2017 13:17)
Bakıda dostlarını öldürən şəxslərə hökm oxunub (10 Mart 2017 11:32)

Tarix: 28 Noyabr 2016 13:37

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.
Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunurlar.

Teqlər:  Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxslərə hökm oxunub



RƏYLƏR


Top xəbərlər