Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Latviya prezidenti Azərbaycanda işgüzar səfərdədir (16 Mart 2017 02:18)
Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfərə gəlib (12 Mart 2017 20:15)
Prezident İlham Əliyev Fransaya rəsmi səfərə gəlib (12 Mart 2017 19:27)

Tarix: 28 Noyabr 2016 13:47

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb. 
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

Teqlər:  Belarus prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb



RƏYLƏR


Top xəbərlər