"Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm" - Beytulla Hüseynov

"Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm" - Beytulla Hüseynov
13:52 28 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər BəybalayevSəhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.
 
Daha sonra Beytulla Hüseynov ifadə verib. B.Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi "Azəryolservis" ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız".
 
Prokurorun sualların cavablandıran B.Hüseynov deyib ki, göstərişi rəhbərlikdən alıb. O bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon manat verib. Pulu kimə verdiyini isə açıqlamayıb: "Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxın zamanda ödəyəcəyəm".
 
B.Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib.
 
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14