Azərbaycanda tezliklə data-mərkəz istifadəyə veriləcək

Azərbaycanda tezliklə data-mərkəz istifadəyə veriləcək
14:07 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ "Data-mərkəz istismara tam hazırdır. Yaxın vaxtlarda Mərkəzin istifadəyə verilməsi gözlənilir". "Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. 
Data-mərkəzdə daha çox bulud texnologiyalarının quraşdırılmasına üstünlük verildiyini açıqlayan E.Vəlizadə bildirib ki, bulud texnologiyaları istər dövlət qurumları, istər biznes strukturları, istərsə də fərdi şəxslərin öz məlumatlarını yüksək təhlükəsizlik rejmində yerləşdirə bilməsinə imkan verəcək: "Data-mərkəz iki dəfə sertifikasiyadan keçib. Güman edirəm ki, Mərkəz öz fəaliyyəti ilə maraq doğura biləcək".
E.Vəlizadənin sözlərinə görə, Data-mərkəzin yaradılmasında məqsəd ölkənin tələbatının ödənilməsi və gələcəkdə müəyyən xidmətlər sahəsində Azərbaycanın regional haba çevrilməsinə xidmət etməkdir. 
"Azərbaycan fiberoptik yerüstü xətlə informasiya axınının şərqdən qərbə və əks istiqamətdə həyata keçirməsini nəzərdə tutan TASİM layihəsinin fəal üzvlərindəndir. Bu xəttin üzərində data-mərkəzin olması Azərbaycanı təkcə informasiya axınının tranzit məkanı deyil, həm də informasiyanın emalı, saxlanılması və yayılması məkanına çevirəcək. Bütün bunlar ümumi planın tərkib hissələri kimi nəzərdə tutulub", - deyə E.Vəlizadə qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-tezlikle-data-merkez-istifadeye-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR