Meksika səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayacaq

Meksika səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayacaq
14:17 28 Noyabr 2016
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayacaq.
Bu barədə "Report"a səfirlikdən bildirilib.
Məlumata görə, səfirliyin konsulluq şöbəsində vizaların verilməsi prosesinə hazırlıq işləri tamamlanıb. Noybarın 29-da bu prosesin başlanmasına həsr olunmuş təntənəli mərasimin keçirilməsi gözlənilir.
Viza rüsumunun dəyəri 35 dollar, multivizanın qiyməti isə 70 dollardır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan vətəndaşlarına viza verilməsi ilə Meksikanın Türkiyədəki səfirliyi məşğul olub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/meksika-sefirliyi-azerbaycan-vetendaslarina-viza-verilmesine-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR