Röyanı çıxdaş edək? - Media savaş açdı - FOTO

Röyanı çıxdaş edək? - Media savaş açdı - FOTO
14:22 28 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Son konsertində jurnalistlərə qarşı aqressiv addımı ilə gündəmə gələn Röya Ayxan adekvat münasibətlə üzləşib.

Milli.Az xəbər verir ki, qafqazinfo məsələylə bağlı bunları yazıb:

"Medianın bir qismini konsertə buraxmayan sənətçi onları hədələməkdən, təhqir etməkdən çəkinməyib.

Onun bu hərəkəti mətbuat orqanları tərəfindən birmənalı qarşılanmayıb. Bu gün ölkənin aparıcı KİV-lərində müğənniyə qarşı sərt yazılar dərc olunub.

Maraqlıdır ki, oxumağa başlayandan unitazda oturmağından tutmuş ərə getməyi, müxtəlif çılpaq foto-videoları ilə gündəmə gəlməyi bacaran bu sənətkar daim mətbuata yuxarıdan aşağı baxıb. Ancaq bu qızcığaz unudur ki, mətbuat onu ucaltdığı kimi qaytarıb çıxdığı yerə də göndərə bilər. Yəni, uzun illər əvvəlin sadə, bəsit, kəlmə başı ağlayan Röyaləsinə çevirilə bilər. Bu dəfə qısa qeydlərlə kifayətlənirik. Əgər özünün dediyi kimi mətbuata fınxırmaqda davam etsə, gözəl şəkilləri, videoları və keçdiyi keşməkeşli həyat yolu ilə bağlı ayrıca yazı dərc edə bilərik.

Məsələ belədir ki, indiyənə kimi Azərbaycan mətbuatına sifət göstərən təkcə Röya olmayıb. Müxtəlif sahələrdən olan insanların mətbuata qarşı haramzada münasibətini daim müşahidə etmişik. Elə əli başına çatan yerli mətbuatı söyüb, təhqir edib, aşağılayıb. Biz başa düşürük... Ancaq daha Röya tərəfindən yox da..."

Xatırladaq ki, mətbuatda onun bu addımlarına dəfələrlə cavab verilib və müğənni öz yerinə oturdulub. Bu gün də qeyd etdiyimiz kimi, bir sıra xəbər portallarında onun haqqında sərt yazılar dərc olunub.

Lent.az xəbər portalı "Haram olsun, Röya" başlığı ilə yazı dərc edib:

"İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç. İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir".

Müsavat.com saytı isə sənətçinin bu addımına görə, "Röya 8 il həbs oluna bilər" başlığı ilə yazı təqdim edib.

Röya-jurnalist qalmaqalı barədə hüquqşünasRuslan Əhmədoğlu fikir bildirib. 

O, sayta açıqlamasında qeyd edib ki, şantaj, hədə-qorxu ilə tələb etmə halında həmin şəxs Cinayət Məcəlləsinin 182 maddəsinə əsasən, 3-8 ilə qədər həbs edilə bilər:

"Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanuni şəkildə jurnalist fəaliyyəti göstərən şəxsin hüquqlarını məhdudlaşdırmaq birmənalı hüquq pozuntusudur! Şantaj, təhqir və şərəf ləyaqətinə toxunan sözlər ilə jurnalist üzləşibsə, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədəuyğundur. Şantaj, hədə-qorxu əmlak tələbinə bağlı olmadığı üçün mülki qaydada baxıla bilər. Şantaj, hədə-qorxu ilə tələb etmə halında Cinayət Məcəlləsinin 182 maddəsinə əsasən, 3-8 ilə qədər həbs edilə bilər"

Qeyd edək ki, Elvin Elxan adlı jurnalist Röyanın KİV nümayəndələrini konsertə buraxılmaması barədə qərarına bunları demişdi: "Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq".

Amma razılaşaq ki, bir məqam da var - dünyanın heç bir yerində konsert verən müğənni mətbuat nümayəndələri üçün xüsusi dəvət göndərmir. Sivil ölkələrdə məsləyindən asılı olmayaraq hər kəs, hətta müğənninin komandasına daxil olan insanlar belə konsertdə iştirak etmək istəyirsə, əlini cibinə salmalı olur. Bu müğənninin şəxsi qərarıdır və hər kəs də onun bu qərarına hörmətlə yanaşmalıdır. O ki, qaldı müğənninin təhqirinə və özünü "lotu" kimi aparmasına, bu cəsarət onda haradan qaynaqlanır, çox maraqlıdır.

Təhməz Təkin
Milli.Az



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Təhsil naziri universitetlərin yeni statusundan danışdı

29 İyun 2017 11:54

Dünya ölkələrinin hərbi gücü: Ermənistan 95, Azərbaycan… - REYTİNQ

29 İyun 2017 11:53

"Universitetlər islahatların fəal aktorlarına çevrilməlidirlər"

29 İyun 2017 11:52

"Qəbələ"nin istədiyi hollandiyalı klubundan ayrılır

29 İyun 2017 11:52

Futbol üzrə Azərbaycan millisi yenidən Joze Alesio Da Silvaya həvalə olunub

29 İyun 2017 11:52

“AzerGold” ikinci partiya qızıl-gümüş satışından 21 mln. dollar qazanıb

29 İyun 2017 11:52

45 yaşlı azərbaycanlı model ən seksual FOTOLARINI paylaşdı

29 İyun 2017 11:48

Məhkəmənin sərt qərarı: 13 nəfər ölüm hökmü aldı, 8-i güllələndi - VİDEO - FOTO

29 İyun 2017 11:47

"Zirə" Avropada "siftə" edir - YENİLƏNİR

29 İyun 2017 11:47

Nazirdən GİLEY: "Professor-müəllim heyəti tərəfindən alınan patentlərin sayı digər ölkələrlə müqayisədə aşağıdır"

29 İyun 2017 11:47

Xəyanət edən qadınlara qarşı ərlərindən QƏRİBƏ ADDIM - FOTOLAR

29 İyun 2017 11:43

Magistrlara 10 iyula kimi vaxt verildi

29 İyun 2017 11:43

Siyavuş Novruzov: "Bəzən gənclər universitetlərə təhsil almağa deyil, diplom almağa gedirlər"

29 İyun 2017 11:42

"BBC Travel" Bakı və Abşeronun görməli yerləri barədə reportaj dərc edib

29 İyun 2017 11:42

"Qarabağ"ın oyunu canlı yayımlanacaq

29 İyun 2017 11:42

Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

29 İyun 2017 11:42

FİA Sebastyan Fettelin yenidən cəzalandırılması məsələsinə 30 yaşının tamamlandığı gün baxacaq

29 İyun 2017 11:37

“Qaradağ Tikinti Materialları” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

29 İyun 2017 11:37

Avropadan Çinə şok transfer: 160 milyon

29 İyun 2017 11:37

Supermarketin tualetindən qadın cəsədi tapıldı - 3 gün orada qalıb - FOTO

29 İyun 2017 11:37

“Sony Xperia” smartfonları sifətin “3D” tanınması texnologiyası ilə təchiz ediləcək

29 İyun 2017 11:35

Min dərdin dərmanı ispanaq...

29 İyun 2017 11:33

Neslihanın əri ilə romantik anları - FOTO

29 İyun 2017 11:32

BŞTİ I sinfə qəbulda lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olacağına aydınlıq gətirib

29 İyun 2017 11:32

Dəhşətli qəzada ölən şəxs sabiq AFFA prezidentinin yaxın qohumu imiş - YENİ FAKTLAR

29 İyun 2017 11:29

Rusiya yaxın 10 ildə.. - Məruzə məxfilikdən ÇIXARILDI

29 İyun 2017 11:28

Hadisəni məyus edən ölüm - FOTO

29 İyun 2017 11:27

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq"

29 İyun 2017 11:27

İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

29 İyun 2017 11:27

Məşhur aktyor ata oldu - FOTO

29 İyun 2017 11:27

Putin Türkmənistan liderinə orden verdi

29 İyun 2017 11:23

Şəhidin son görüntüləri, son atəşi...

29 İyun 2017 11:23

Nazir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq"

29 İyun 2017 11:22

Ronaldu iki uşaq atası olduğunu təsdiqlədi - FOTO

29 İyun 2017 11:22

Məşhur qrupun solisti vəfat etdi - FOTO\VİDEO

29 İyun 2017 11:18

Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir

29 İyun 2017 11:17

Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə vəziyyət gərgindir"

29 İyun 2017 11:17

ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib

29 İyun 2017 11:17

Aygünün makiyajsız halı - FOTO

29 İyun 2017 11:17

İki il ard-arda eyni bikinini geyinən aktirsa "hədəf" oldu - FOTO

29 İyun 2017 11:12

Vatikanın xəzinadarı uşaqbazlıqda suçlanır - BÖYÜK QALMAQAL - VİDEO - FOTO

29 İyun 2017 11:12

Bəy toy günü gəlin əvəzinə başqasını öpdü - VİDEO

29 İyun 2017 11:12

Bakıda avtosalonların ŞOK fırıldağı

29 İyun 2017 11:12

Ağdaşda ağır qəza: ölən var

29 İyun 2017 11:09

Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ - VİDEO

29 İyun 2017 11:08

Qatarda bomba həyəcanı

29 İyun 2017 11:06

Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

29 İyun 2017 11:02

"Magistraturaya qəbul olunanların sayı artıb" - Nazir

29 İyun 2017 10:59

Bakıda Musiqi Bayramı keçiriləcək

29 İyun 2017 10:58

"Vücudunuz gəncləri yoldan çıxarır" deyib hovuzdan qovdular - FOTO

29 İyun 2017 10:57