Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək

Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək

Date: 28 November 2016 14:27

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda televiziya yayımında istifadə edilən tezliklər mobil operatorların genişzolaqlı internet xidmətləri üçün istifadə olunacaq.
"Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
"Rəqəmsal televiziyaya keçidin mahiyyəti ondan ibarətdir ki, televiziya yayımında istinad edilən tezliklər hazırda boşaldılsın və gələcəkdə yeni texnologiyalar əsasında, xüsusən, mobil texnologiyalar, əşyaların interneti üçün lazım ola biləcək tezliklər şəkildə istifadəsinə imkan yaransın. Hazırda bu istiqamətdə iş aparılır. Güman edirəm ki, tezliklər boşaldıqdan sonra onların yenidən, xüsusən də, mobil xidmətlərin göstərməsi üçün istifadəsi mümkün olacaq", - deyə nazir müavini bildirib.


Tags:  Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək


RƏYLƏR


Top news