Emənistanda hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirirlər

Emənistanda hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirirlər
14:27 28 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən “Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.
“Report”un xəbərinə görə, bu barədə news.am məlumat yayıb.
Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.
Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.
Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/emenistanda-herbi-tehsil-kompleksin-telebeleri-etiraz-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR