WhatsApp-a videolarla bağlı maraqlı xüsusiyyət əlavə olundu

WhatsApp-a videolarla bağlı maraqlı xüsusiyyət əlavə olundu
14:32 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

WhatsApp developerləri messencerin qıcıqlandıran xüsusiyyətini aradan qaldırıblar.

Belə ki, əvvəllər göndərilmiş videonu izləmək üçün ilk öncə videonun yüklənməsini gözləmək lazım gəlirdi. İndi isə onlar messencerə, videoya yüklənmə zamanı baxmaq xüsusiyyətini əlavə ediblər.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, bundan sonra yüklənən videoya baxan zaman yüklənmə prosesi fon rejimində davam edəcək.

Onu da qeyd edək ki, bir müddət öncə messencerə videozəng funksiyası və iki addımlı təsdiqləmə təhlükəsizlik xüsusiyyəti əlavə edilmişdir. Hal-hazırda yüklənmə zamanı videoya baxmaq xüsusiyyəti yalnız Android istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bu xüsusiyyət iOS istifadəçiləri üçün də aktiv olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR