Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Emənistanda tələbələr etiraz aksiyasına başladılar

Emənistanda tələbələr etiraz aksiyasına başladılar

Date: 28 November 2016 14:37

Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən "Pokr Mher" (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə "Pokr Mher"in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.

Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.
Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib.

Milli.Az


Tags:  Emənistanda tələbələr etiraz aksiyasına başladılar

RƏYLƏR


Top news