Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkumu öldürənlərə 34 il cəza verildi

Keçmiş məhkumu öldürənlərə 34 il cəza verildi

Date: 28 November 2016 14:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirovun və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunurlar.

Milli.Az


Tags:  Keçmiş məhkumu öldürənlərə 34 il cəza verildi

RƏYLƏR


Top news