"Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasına yeni üzv seçilib

"Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasına yeni üzv seçilib
14:47 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin Müşahidə Şurasının tərkibi dəyişib və Qorxmaz Ağayev MŞ-yə yeni üzv seçilib. O, hazırda "AtaHolding”in Hüquq Departamentinin direktorudur.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Bundan əvvəl Q.Ağayev “Azerbaijan Global Investments” şirkətində hüquq müşaviri, “Caspian Development Bank” ASC-də Müşahidə Şurasının üzvü, “AtaBank”da Risklərin idarə olunması Komitəsinin üzvü, “Atabank”da İdarə Heyətinin sədrinin baş hüquq müşaviri, “Bank of Baku”da Hüquq Departamentinin rəhbəri, korporativ hüquq şöbəsinin direktoru, korporativ hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.
O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 2003-cü ildə Bakı Dövlət Universiteti hüquq fakultəsinin mülki və kommersiya hüququ üzrə maqistraturasını, 2004-cü ildə isə maliyyə, inzibati və informasiya hüququ üzə aspiranturasını bitirib.
Qeyd edək ki, hazırda Müşahidə Şurasının sədri Titov Vasiliy Nikolayeviç, sədrin müavini Rəşad Fərhad oğlu Rəsulludur. Müşahidə Şurasının tərkibinə daxil olan digər 3 üzv isə Popov Dmitriy Sergeyeviç, Tsaryov Sergey Vladimiroviç, Müseyib Fayaz oğlu Əliyevdir.
Bankın İdarə Heyətinin tərkibi sədr Yakovlev Yuriy Dmirtiyeviç və iki üzv - Zinovyev Vadim İqoreviç və Okayev İqor Anatolyeviçdən ibarətdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-in-musahide-surasina-yeni-uzv-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR