"Bakıya gələndə onun evində qalacam" - Mərvə Özbay

"Bakıya gələndə onun evində qalacam" -  Mərvə Özbay
14:56 28 Noyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Mərvə Özbay həmkarı Demet Akalınla arasında yaşanan mahnı qalmaqalından danışıb.

Axşam.az-ın məlumatına görə, "Şərəfimə namusuma" mahnısını oxuyan Demet açıqlama verərək, Mərvənin haqqına girdiyini demişdi.

Özbay həmkarından incimədiyini söyləyib:

"5 il Demet Akalınla birlikdə işləmişəm, onun vokalisti olmuşam. Bacım kimidir, hər ehtiyacım olduğunda köməyimə gəlir. O, çox gözəl açıqlama verib. Heç kəsin edə bilmədiyi bir şey söyləyib. Kiminsə haqqını yediyini düşünüb, bunu demək asandırmı? Amma mənim haqqım sonuna qədər halaldı. O, mənim böyüyümdür. Mən onunla çalışıb qazandıqlarımla 5 il evimi dolandırmışam".

Mərvə bəstəni Demet Akalına özünün hədiyyə etdiyini açıqlayıb:

"Demetin pis mahnısı yoxdur. Bir bəstəyə görə, bizim aramızda heç bir söz olmaz. Hər şeydən əvvəl biz bacıyıq, bunu bir mahnı poza bilər?".

İfaçı həmkarı Günel Zeynalovadan da danışıb:

"Xarici ölkələrə səfəri çox sevən deyiləm. Konsert təklifi olanda razılaşıram. Günel mənim çox sevdiyim dostumdur. Röya da çox yaxın dostumdur. Ora gedərkən elə bil Türkiyədən heç ayrılmamışdım. Onsuz da Azərbaycanın qardaş ölkə olduğunu bilirdim. Amma bunu görmədən və oranın havasını almadan mümkün deyil. Azərbaycanda toyda iştirak etmişəm. Toy sahibi olan ana dünyanın ən şirin qadınlarından biri idi. Düşünürəm ki, bir daha getdiyimdə onun evində qalacam".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR