"Barselona" dekabrın 3-də keçiriləcək "El Clasico" öncəsi "Real Sosyedad"dan xal itkisinə məruz qalıb - 1:1. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bunları deyib:
""Barselona" məşqçisi kimi birinci dəfə deyərdim ki, rəqib bizdən daha üstün idi. Çempionluq titulunu 13-cü turda uduzmaqdan danışmaq hələ tezdir. Daha yaxşı oynamaq lazımdır. Uzun müddətdən sonra ən pis oyunumuz idi. Əminəm ki, "El Klasiko"da tam fərqli "Barselona" izləyəcəksiniz".
Milli.Az