Finlandiyalı gimnast: "Bakıda məşqlər üçün gözəl şərait yaradılıb"

Finlandiyalı gimnast: "Bakıda məşqlər üçün gözəl şərait yaradılıb"
15:12 28 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıda bədii gimnastika üzrə məşqlər edən xarici gimnastlar üçün gözəl şərait yaradılıb".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda təlim-məşq toplanışlarında iştirak edən finlandiyalı idmançı Yuki Tikkanen deyib.

O, Bakıya dördüncü dəfə gəldiyini və şəhəri yaxşı tanıdığını deyib:

"Biz ilk dəfə ona görə buraya gəldik ki, mənim məşqçim Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanı yaxşı tanıyır. Onlar yaxın dostdurlar. Milli Gimnastika Arenasında işləmək çox rahatdır. Burada çox gözəl şərait yaradılıb. Hər şey - fizioterapiya, tibbi xidmət, xoreoqrafiya və digər gimnastlarla eyni vaxtda birgə məşq etmək üçün çoxlu yerlər var".

Finlandiyalı gimnast deyib ki, o bu dəfə Bakıya məşqçisiz gəlib:

"İndi mənim məşqlərimə Vəfa Bakarova rəhbərlik edir. Onunla işləmək mənim çox xoşuma gəlir. İndi mənim əsas məqsədim Tokio Olimpiadasına hazılaşmaqdır. Mən həmçinin, 2014-cü ildəki uğurumu təkrar edərək Avropa çempionatının finalına yüksəlmək istərdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR