Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda bu günədək 78 min tondan çox pambıq tədarük edilib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövründə pambıq tədarükü 34 min tondan artıq olub ki, bu da illik müqayisədə 2,3 dəfə artım deməkdir.