Bank VTB-də dəyişiklik

Bank VTB-də dəyişiklik
15:32 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qorxmaz Ağayev Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə daxil olub.

Bu barədə Trend banka istinadən məlumat verir.

Bundan əvvəl Q.Ağayev "AtaBank", "Bank of Baku" və Qafqaz İnkişaf Bankında fəaliyyət göstərib. Son iş yeri isə hüquq məsləhətçisi vəzifəsində çalışdığı "Azerbaijan Global Investments" olub.

Hazırda bankın Müşahidə Şurasına 6 nəfər daxildir: sədr Vasili Titov, onun müavini Rəşad Rəsullu və üzvlər Dmitri Popov, Sergey Tsarev, Müseyib Əliyev və Qorxmaz Ağayev.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/493833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR