Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sabah vuvuzela havası sifariş verəcəklər" - "Neftçi" rəsmisi

"Sabah vuvuzela havası sifariş verəcəklər" -   "Neftçi" rəsmisi

Date: 28 November 2016 15:37

"Neftçi" Gəncədəki qalmaqalla bağlı daha bir açıqlama verib. Fanat.Az  xəbər verir ki, klubun Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyevin ardınca “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov da dilə gəlib.

 

Rəsulov da baş verənlərə görə meydan sahiblərini günahlandırır: “Gəncədə yaşanan olayla bağlı KİV-də yazılanlarda müəyyən yanlışlıq var. Qeyd olunub ki, guya “Neftçi” nümayəndələri Gəncədə yerli azarkeşlərlə mübahisə edib. İctimaiyyəti çaşdırmaq lazım deyil. Hər kəs başverənləri gördü. Nə qədər gülünc olsa da, “ev sahibləri” bizdən “Kəpəz” klubuna əl çalmağı tələb etdi. Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar. Hər hansı problem yaratmadan “ən böyük başqan bizim başqan” şüarının sədaları altında oranı tərk edib azarkeşlərimiz olan sektora getdik. Təhlükəsizliyin əsas gətirilməsi isə gülüncdür. Özü də uçulmaq üçün himə bənd Gəncə stadionunda. Bu gün əl çalmaq tələb edirlər, sabah “Meksika dalğası”, vuvuzela havası sifariş verəcəklər”. (futbolinfo.az)


Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 




Tags:  Sabah vuvuzela havası sifariş verəcəklər Neftçi rəsmisi

RƏYLƏR


Top news