"Bakcell" media nümayəndələri üçün seminar keçirib

"Bakcell" media nümayəndələri üçün seminar keçirib
15:42 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin təşkilatçılığı ilə noyabrın 25-27-də Qəbələdə media nümayəndələri üçün “Mobil telekommunikasiyaya giriş” mövzusunda seminar keçirilib.
“Report”un xəbərinə görə, seminarda 30-a yaxın mətbuat nümayəndəsi iştirak edib.
Seminarda təlimçilər “Bakcell" biznes - Daha çoxuna hazır”, “Cəlbedici mobil həllər və təkliflər”, “Təmas nöqtələrində müştəri davranışı”, “Bizimlə səyahət edin və fərqi hiss edin”, “Mobil telekommunikasiyada qlobal trendlər - İT və Texnologiya”, “Mobil internet penetrasiyası”, “Bakcell”in mobil interneti”, “Ən yaxşı 4G təcrübə - İT və Texnologiya”, “İstifadəçilərin artırılması. Applab” mövzularında təqdimatla çıxış ediblər.
Qeyd edilən mövzularla bağlı təlimdə müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-media-numayendeleri-ucun-seminar-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR