Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda idman növlərinin sayı artırılacaq

Azərbaycanda idman növlərinin sayı artırılacaq

Azərbaycanda pensiya yaşı artırılır (28 Fevral 2017 18:22)

Tarix: 28 Noyabr 2016 15:48

Azərbaycanda idman növlərinin sayının artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinin “İdman siyasətinin əsas istiqamətləri” bölməsində əks olunub.

Layihədə qeyd olunub ki, qadınların bədən tərbiyəsi və idmanla məşğulluğa daha çox cəlb olunması üzrə fəaliyyətin yaxşılaşdırılması, onların məşğul ola bildikləri idman növlərinin sayının artırılması planlaşdırılır.

Bundan əlavə, layihədə yüksək səviyyəli idmançıların hazırlanması və peşəkar idmanın daha geniş inkişafının təmin edilməsi üzrə konkret tədbirlərin və icraçı təşkilatların müəyyənləşdirilməsi, idman nəticələrinin yaxşılaşdırılması, ölkə rekordlarının yeniləşdirilməsi və beynəlxalq uğurların arıtılması, regionlarda əhalinin say nisbətinə uyğun olaraq, bədən tərbiyəsi və idman obyektlərinin, o cümlədən, yaşayış yerlərində idman şəhərçiklərinin inşası və digər bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Teqlər:  Azərbaycanda idman növlərinin sayı artırılacaq



RƏYLƏR


Top xəbərlər