Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putindən Qərbə TƏHDİD: “Məğlub olarsınız!”

Putindən Qərbə TƏHDİD: “Məğlub olarsınız!”

Date: 28 November 2016 15:53

İtaliyanın “La Stampa” qəzetində Rusiya prezidenti Vladimir Putin “Rusiyaya güvənmənin tam vaxtıdır, terrora qarşı tək cəbhə” məqaləsi dərc edilib.

Publika.az xəbər verir ki, Putin məqaləsində dünyaya iqtisadiyyatdan terrora, siyasətdən tarixə qədər bir çox sahələrlə bağlı sərt mesaj verib.

Rusiya prezidenti mövcud beynəlxalq əlaqələr sistemində davamlı olaraq böhranların yarandığını, siyasət və iqtisadiyyatdakı prinsiplərin isə güclü ölkələrin maraqları istiqamətində dəyişdirildiyini söyləyib. Rusiyanın dövlət başçısı NATO-nun “soyuq müharibə” dövründən etibarən yeni şərtlərə alışa bilmədiyini qeyd edib. Putin iqtisadi güc və siyasi təsirin bölüşdürülməsi ilə əlaqədar fikir ayrılıqlarının çoxaldığını, etibarsızlıq mühitinin yarandığını vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət 25 il əvvəl bəzi ölkələr tərəfindən edilən səhv seçimin nəticəsidir.

Putin beynəlxalq terror təhdidinə də toxunub: “Terrorla mübarizənin qlobal nəticələri yoxdur. Terror təhdidi ilə birlikdə mübarizə aparmalıyıq. Lakin Rusiyanın bu çağırışlarına əhəmiyyət vermirlər. Terror qrupları silahlanmağa davam edir. Bu, çox təhlükəli bir oyundur, bu oyunun iştirakçılarına bir daha səslənirəm: terrorçular sizdən daha ağıllı və güclüdürlər, onlarla oynasanız məğlub olarsınız”.

Ömər Dağlı


Tags:  Putindən Qərbə TƏHDİD Məğlub olarsınız

RƏYLƏR


Top news