Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliya çempionu bəlli oldu

Braziliya çempionu bəlli oldu

Date: 28 November 2016 15:57

Braziliya A seriyasında 2016-cı ilin çempionu müəyyənləşib. Fanat.Az xəbər verir ki, qızıl medalların sahibi “Palmeyras” klubu olub.. 

 

XXXVII turda “Şapekoense”ni 1:0 hesabı ilə məğlub edən “Palmeyras” son tura ikinci pillədəki komanda “Flamenqo”dan 7 xal öndə girib. Bununla da “Palmeyras” 22 illik çempionluq həsrətinə son qoyub. 



Qeyd edək ki, tarixində 9-cu dəfə A seriyasının qalibi olan Sao Paolo təmsilçisi sonuncu dəfə 1994-cü ildə bu titula yiyələnmişdi.


Fanat.Az


Tags:  Braziliya çempionu bəlli oldu

RƏYLƏR


Top news