Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cinayətkar idmançı dəstəni kimlər müdafiə edir? - ŞOK MƏLUMAT + AÇIQLAMA

Cinayətkar idmançı dəstəni kimlər müdafiə edir?   - ŞOK MƏLUMAT + AÇIQLAMA

Date: 28 November 2016 16:07

Noyabrın 25-də Qaynarinfo.Az saytında "Polis keçmiş idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir" başlıqlı yazı dərc olunmuşdu. 

Yazıda qeyd olunurdu ki, keçmiş güləşçi Rza Xəlilov başçılıq etdiyi mütəşəkkil dəstə ilə Binəqədi yolu, “Vel” adlı avtoservisdə işləyən motorist Balayev Xəqanini vəhşicəsinə döyüb. Nəticədə Balayev Xəqaninin burnu və almacıq sümüyü sınıb, beyninə qan sızıb. 

Şikayət məktubunda qeyd olunurdu ki, hadisəni araşdırmaq Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməyib. Məsələ ilə bağlı 4 saylı bölmənin rəis müavininə şikayət edilsə də, o da hər hansı bir qanunauyğun tədbir görməkdən imtina etmişdir.

Maraqlıdır ki, hələ də xəstəxanada yatan və onu kimlərin döyməsini deməsinə baxmayaraq, amma Binəqədi Rayon Polis İdarəsi susqunluq nümayiş etdirir.

Bu gün isə, Qaynarinfo.Az saytına Gəncə şəhərindən sensasion bir məlumat daxil olub.

Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Rza Xəlilov Gəncə güləş məktəbinin yetirməsidir.  Onun istintaqa cəlb edilməməsinə isə səbəb 2012 London Olimpiadasında qızıl, 2016 Rio-de-Janeyro Olimpiadasında isə gümüş medal qazanmış Toğrul Əsgərovdur.

Beləki Toğrul Əsgərov öz nüfuzundan istifadə edərək, uşaqlıq dostu və həmyerlisi olan Rza Xəlilovu müdafiə edib. Və bu məsələnin ört-basdır olması üçün müəyyən insanlardan xahişlər edib.

Məlumat üçün qeyd edək ki, Rza Xəlilov 2 dəfə adam döyməyə görə həsb olunub.

Məlumatla bağlı Toğrul Əsgərovla əlaqə saxladıq. 

Toğrul Əsgərov Qaynarinfo.Az saytına açıqlamasında bildirdi ki, Rza Xəlilovu tanısa da, amma heç bir əlaqələri yoxdur: "Rzayla 10 ilə yaxın bir yerdə məşq etmişik. Amma mənim onu müdafiə etməyim tam əsassız məlumatdır. Mən bu kimi işlərlə məşğul deyiləm. Soruşub maraqlana da bilərsiniz. Rza Xəlilov iki dəfə həbs olunsa da, mən onun nə yanına getmişəm, nə də məhkəmələrinə. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsindən də kiməsə xahiş etməmişəm. Bu kimi şeylərdən tam uzaq adamam".

P.S. Ümid edirik ki, özünü idmançı kimi deyil, cinayətkar kimi aparan Rza Xəlilov və onun dəstəsi barəsində lazımı addımlar atılacaq. 

Fanat.Az


Tags:  Cinayətkar idmançı dəstəni kimlər müdafiə edir ŞOK MƏLUMAT AÇIQLAMA

RƏYLƏR


Top news