Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir? - FOTOLAR

İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir? - FOTOLAR

Date: 28 November 2016 16:18

Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Xoruz ilində digər illər altında dünyaya gələnləri nə gözləyir?

Publika.az xarici mətbuata istinadən astroloqların illərə görə hazırladığı ulduz falını təqdim edir.

Siçan ili (1960.1972.1984.1996.2008)

2017_otnoshenia_1

Xoruz Siçan ilində doğulanlara himayədarlıq etməyəcək. Çünki onlar arasında həddindən artıq fikir ayrılığı hökm sürür. Elə buna görə də Siçanlara nəhəng planlar qurmaq məsləhət deyil. Əslində, 2017-ci ildə onların qarşısında duran əsas məsələ olduqları mövqeni qoruyub saxlamaqdır. Xoruzlar Siçan ilinin nümayəndələrinə qəsdən maneələr törətməyə və problemlər yaratmağa çalışacaq. Halbuki, Siçan və Xoruzu bir-biri ilə müqayisə etsək, birincinin daha güclü olduğunu demək olar. Odur ki, Siçan ilindən olanları gərgin bir il gözləyir, lakin il maraqlı və müəyyən dərəcədə faydalı keçəcək.

Öküz ili (1961.1973.1985.1997.2009)

2017_otnoshenia_2

Baxmayaraq ki, Xoruz Öküzlərə açıq-aşkar rəğbət bəsləyir, bu adamlar nə cürsə özlərinə problem yaratmaq yolunu tapacaq. Ədalət naminə onu da qeyd etmək lazımdır ki, Öküzlərin çətinliklərin öhdəsindən məharətlə gəlmək kimi bacarıqları var və bu ilin nümayəndələrini 2017-ci ildə yalnız yüksəklik gözləyir. Bundan əlavə, onların 2017-ci ildə əvvəllər buraxdıqları səhvlərini düzəltmək şansları da olacaq. Onlar bu müddət ərzində güclü emosiya, yeni təəssüratlar, böyük hadisələrlə qarşılaşacaq.

Pələng ili (1962.1974.1986.1998.2010)

2017_otnoshenia_3

Xoruzların Pələnglərdən açıq-aşkar xoşu gəlmir. Onlar arasında anşılmazlıq dərhal yaranmır, bu, tədricən baş verir. Bu ilin nümayəndələri qarşıda duran əsas vəzifələrini yerinə yetirməyə müvəffəq olacaq və tamamilə qənaətbəxş nəticələr əldə edəcəklər. Amma onlar strateji məqsədlərini 2017-ci ildə həyata keçirə bilməyəcək. Yeri gəlmişkən, Pələnglər istəsə, ilin Sahibi ilə ümumi dil tapa bilər. Bunun üçün müəyyən səylər göstərmək tələb olunur. Görəsən, onlar buna hazırdır? Bax, ən ciddi diqqət edilməli məsələ budur.

Dovşan ili (1963.1975.1987.1999.2011)

2017_otnoshenia_4

Dovşan üçün 2017-ci il heç də xoşbəxt keçməyəcək. Lakin onların əksəriyyətini qurban kimi təsəvvür etmək çətindir. Dovşanların əsas xarakteristikası mübarizə aparmaqdır, onlar çətinliklərlə barışmaq niyyətində olmadığını ən çətin vəziyyətdə belə açıq-aşkar göstərir. İlin Sahibinin Dovşanlara münasibətini ədavətli adlandırmaq olmaz və sürprizlər gözlənilmir. Onların Dovşanlara iddiaları əsasən anlaşılmaz olmaları ilə bağlıdır. Nəticədə Xoruzlar il boyu Dovşanların özünü necə aparmasını müşahidə edəcək və düzgün qərarlar verməsinə kömək edəcək.

Əjdaha ili (1964.1976.1988.2000.2012)

2017_otnoshenia_5

Xoruz Əjdahalara rəğbət bəsləyir. Düzü, o, ilin sahibindən yerləşmənin aşkar təzahürünü gözləməli olacaq. Xoruz çox güman ki, Əjdahanı izləyərək onun köməyə ehtiyacı olduğu ən dəqiq və ən doğru məqamı gözləyəcək. 2017-ci il Əjdahalar üçün uğurunu və uğursuzluğunu müəyyən edən, onları ikincidən xilas edən gücün məxfi üstünlüyü altında keçəcək. Əjdaha ilinin nümayəndələri bu gizli dəstəkdən istifadə edə və bundan özü üçün maksimum fayda götürə biləcəklərmi? Yaşayıb, görəcəyik.

İlan (1965.1977.1989.2001.2013)

2017_otnoshenia_6

İlin ağası şübhəsiz ki, İlanlara mərhəmət göstərəcək. Bu iki nişan astrologiyada əsl dostlardır. Bəs Xoruz İlanı konkret olaraq nə ilə sevindirməyə hazırdır? Birincisi, müsbət dəyişikliklər olacaq, hansı ki, İlanların çoxu onları sonradan həyatının yeni mərhələsinin başlanğıcı adlandıracaqlar. İkincisi, 2017-ci il onlar üçün öz şəxsi keyfiyyətlərini göstərmək baxımdan yaxşı fürsətdir. Üçüncüsü, qərarları müstəqil qəbul edəcək və başqalarından asılı olmayacaqlar. Bir sözlə, İlan ilinin nümayəndələrini qarşıda gözəl və maraqlı bir il gözləyir. Sözsüz ki, İlanlardan bu fürsətlərdən istifadə etmək bacarığı da tələb olunur.

At (1966.1978.1990.2002.2014)

2017_otnoshenia_7

Xoruzun Ata münasibətini mehriban adlandırmaq doğru deyil. Etiraf etmək lazımdır ki, qarşı tərəf də ona təxminən eyni cavabı verir. 2017-ci ildə Atlar həyat yolunda ilin sahibinin dəstəyi olmadan, müstəqil irəliləməli olacaq. Lakin buna görə həddindən artıq dilxor olmaq lazım deyil. Çünki bəzi hallarda yersiz və yöndəmsiz köməkdənsə, olmaması daha yaxşı dəstəkdir. Bəli, At ilinin nümayəndələri öz problemlərinin öhdəsindən gəlməyə qadirdir.

Keçi/Qoyun ili (1967.1979.1991.2003.2015)

2017_otnoshenia_8

Xoruzun Keçilərə bir çox iddiaları gözlənilir. Amma onlar ilin sahibindən böyük rəğbəti özlərinə rəva görmür. Buna baxmayaraq Keçilər sərt deyil, dözümlü və kifayət qədər diqqətlidir. Onlar hər hansı yolla Xoruzla dil tapacaq və onları özünə loyal yanaşmağa məcbur edə biləcək. Əgər buna öz istedadını əlavə etməyə tənbəllik göstərməsələr, onda bir çox problemlərin qarşısını ala və istəklərinə də çata biləcəklər.

Meymun (1968.1980.1992.2004.2016)

2017_otnoshenia_9

Xoruz Meymunlara qarşı bir qədər şübhə ilə yanaşır. İlin sahibi Meymunla dost olmağa qərar verməzdən əvvəl yaxşı-yaxşı fikirləşir. Meymunlara bu vəziyyətdə sübut etmək lazımdır ki, onlar Xoruzun havadarlığına və rəğbətinə tamamilə layiqdir. Bəlkə onda hər şey çox yaxşı qurtara bilər. Sözsüz ki, özləri də səy göstərməlidir.

Xoruz (1969.1981.1993.2005)

2017_otnoshenia_10

Xoruzla Xoruz dostluq edə bilirmi? Müəyyən edilib ki, bəli! Amma burada vəziyyətin dəyişməsi ilə bağlı faktlar da var. Bu ilin nümayəndələrini digərləri ilə müqayisədə 2017-ci ildə aşkar üstünlük gözləyir, onlardan istifadə etməmək tamamilə bağışlanmaz səhv olardı, bəziləri isə hətta özlərinə ziyan vurmağa müvəffəq olacaq.

Bu arada, Xoruzlar ilin sahibi olsa da, meydanda tək qalacaqlar. Belə ki, onlar qabaqcadan sevinməyə və narahat olmağa tələsməsin. İlin səmərəli keçməsi üçün onlar soyuq ağılla yaşamalı və özlərinə aid olan məsələlərə qarşı diqqətli davranmalıdır.

İt (1958.1970.1982.1994.2006)

2017_otnoshenia_11

İtlər ilin Sahibindən narazı qalmaq üçün mütləq bir bəhanə tapacaq. Xoruz isə öz tərəfindən əmindir ki, onlar üçün yalnız yaxşı işlər görür. Problem ondadır ki, Xoruz və İtlərin yaxşılıq anlayışı bir-birindən çox fərqlidir, hətta təzadlı olduğunu demək olar. Xarakterli İtlər heç nəyə baxmayaraq öz fikrində israr edəcək. Hər halda onlar öz sözünün üstündə dura və həqiqət barədə şəxsi baxışlarını ifadə etməyə nail olurlar.

Donuz/Qaban (1959.1971.1983.1995.2007)

2017_otnoshenia_12

Donuzlar ilin Sahibi ilə dil tapa biləcək, onların münasibətləri qənaətbəxşdir. Donuzlar Xoruza itaətsizlik etməyəcək, əksinə ilin sahibinə onları problemlərdən xilas etməyə imkan verəcəklər. Xoruz da öz növbəsində onlara bəzi anlaşılmaz məsələlərin öhdəsindən gəlməyə kömək edəcək. Məhz buna görə də kənardan elə təəssürat yaranacaq ki, hətta vaxt da Donuzların xeyrinə işləyir, bir çox anlaşılmazlıqlar isə öz-özünə "yox olur". Bəzən bu, doğrudan da belə olacaq, amma Donuzların da haqqını yemək olmaz. Çünki onlar əllərini sallayıb oturaraq həyatdan möcüzə gözləyənlər qrupuna aid deyil.

Aytən


Tags:  İllər üzrə 2017-nin PROQNOZU Xoruz ilində bizi gözləyir FOTOLAR

RƏYLƏR


Top news