Azərbaycanın paralimpiya növləri üzrə yığmalarında baş məşqçi dəyişiklikləri edilib

Azərbaycanın paralimpiya növləri üzrə yığmalarında baş məşqçi dəyişiklikləri edilib
16:22 28 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin (MPK) iclası keçirilib. Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İlqar Rəhimovun sədrlik etdiyi toplantıda XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının yekunları və XVI Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq haqqında məsələ müzakirə edilib. 
XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunub. Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məşqçlər vəzifələrindən kənarlaşdırıliblar. Əvəzində ikiqat paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo üzrə kişilərdən, paralimpiya çempionu Ramin İbrahimov qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov güllə atıcılıgı, İlham Məhərrəmov boccia, Alaverdi Culfayev üzgüçülük, Ruqiyyə Qubuşova stolüstü tennis, Tərlan Hacızadə oturaq voleybol, Asəf Məlikov qılıncoynatma, İlqar İbişov pauerliftinq, Zahir Abdullayev qolbol, Aleksandr Barabanov avarçəkmə və Natiq Abbasov kamandan oxatma üzrə milli komandalarin baş məşqçləri təyin edilib.
2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədilə növbəti 4 il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda paralimpiya hərəkatının sürətli inkişafını təmin etmək, seleksiya işlərinin aparılması və paralimpiya dəyərlərinin cəmiyyət arasında təbligini gücləndirmək məqsədilə respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması, digər zəruri tədbirlərin həyata keçırılməsi barədə müvafiq qərarlar qəbul edilib.






Xəbərin orijinal ünvanı: https://report.az/olimpiada-2016/azerbaycanin-paralimpiya-novleri-uzre-yigmalarinda-bas-mesqci-deyisiklikleri-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR