Məşhurlar 6 yaşlı Fatimə üçün bir araya gəldilər - FOTO

Məşhurlar 6 yaşlı Fatimə üçün bir araya gəldilər - FOTO
16:27 28 Noyabr 2016
137 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları bu dəfə xeyriyyə məqsədiylə keçirilən konsertdə bir araya yığışıblar. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar talassemiya xəstəliyindən əziyyət çəkən 6 yaşlı Fatimə üçün mahnılar səsləndiriblər. Konsertdən əldə olunan gəlir balaca qızın müalicəsinə sərf olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizim İdarəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər İttifaqı və Naim xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə əməkdar artist Ədalət Şükürov, müğənnilər Aysel Əlizadə, Nazim Məmmədov, Murad Sadıq, Yaşar Yusub və başqaları mahnılar səsləndiriblər. 

Mərasimin aparıcılığı prodüser Təranə Səmədovaya həvalə olunub.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/493830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR