"Oil and Industry" jurnalının təqdimatı olub

"Oil and Industry" jurnalının təqdimatı olub
16:32 28 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Oil and Industry" jurnalının təqdimatı keçirilib. 
"Report" xəbər verir ki, tədbirdə universitetin rektoru Mustafa Babanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Məlahət İbrahimqızı, alimlər və digər ali məktəblərin nümayəndələri iştirak ediblər.
M.Babanlı qeyd edib ki, jurnal bu ilin oktyabr ayından nəşr olunmağa başlayıb: "Səksən səhifəlik jurnal ayda bir dəfə Azərbaycan və ingilis dillərində çap edilir. Jurnalda universitet və onun tələbələrinin həyatı haqqında məqalələrlə yanaşı, Azərbaycanda, eləcə də dünyada neft, sənaye və iqtisadiyyat sahəsindəki mühüm xəbərlər, müəllif məqalələri, araşdırmalar, müsahibələr dərc olunur".
O bildirib ki, nəşr tək universitet səviyyəsində deyil, həm də ölkə miqyasında geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib ki, ADNSU hər zaman öz sahələrində böyük uğur qazanmış və elm aləmində tanınmış alimlərin çalışdığı ali məktəb olub: "Bu təhsil ocağının məzunları əvvəllər də, indi də tanınmış şəxslər olub. Bu da qürurvericidir".
Hazırda informasiya mənbəyinin əsasən elektron KİV olduğunu vurğulayan Ə.Amaşov əlavə edib ki, "Oil and Industry" jurnalı elmi nailiyyətləri öyrənmək üçün gözəl mənbədir: "Çünki Azərbaycanda bu gün elmi jurnalistika ilə bağlı müəyyən problemlər var. İnanıram ki, yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. Bu jurnalda çalışan əməkdaşlar elmi jurnalistikanın inkişafına öz töhfələrini verəcəklər".










Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/oil-and-i-ndustry-jurnalinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR