Mourinyo cəzalandırıla bilər

Mourinyo cəzalandırıla bilər
16:37 28 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Vest Hem"lə oyunda baş hakim Conatan Mossun qərarına etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırılmışdı. Referi Pol Poqbaya simulyasiya etdiyinə görə sarı vərəqə göstərdiyi anda portuqal mütəxəssis əsəblərini cilovlaya bilməmiş və su butulkasına təpik vurmuşdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (FA) Mourinyonu 2 oyunluq diskvalifikasiya edə bilər. O, artıq 2-ci dəfədir hakimin qərarına etiraz etdiyinə görə tribunaya göndərilir. Bu mövsüm "Börnli" ilə oyunda da analoji hal yaşanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR