Türkiyənin Kosovodakı baş konsulluğunun binasına hücum olub

Türkiyənin Kosovodakı baş konsulluğunun binasına hücum olub
16:37 28 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkyənin Kosovonın paytaxtı Priştinadakı baş konsulluğunun binasına "Molotov" kokteyli atılıb.
“Report” "Ulusal Kanal"a istinadən xəbər verir ki, hücum nəticəsində xəsarət alan olmayıb.
Hücum zamanı konsulluğun binası qarşısındakı polis məntəqəsində meydana gələn yanğın söndürülüb.
Türkiyənin Kosovodakı səfiri Kıvılcım Kılıc hadisə ilə bağlı açıqlamasında deyib: “Dost-qardaş dediyimiz Kosovodakı bu hadisə bizi məyus edib. Çox məyusedici bir hadisədir. Kosovolu məsul şəxslərin qısa bir zamanda araşdırmaya başlamasını istəyirik. Kosovoda belə bir hücum ilk dəfədir baş verir. Bu hadisədən şokdayıq”.
Hadisə nəticəsində konsulluğun binasının pəncərələrinin qırılan şüşələri dəyişdirilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-kosovodaki-bas-konsullugunun-binasina-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR