"Bizi çətin oyun gözləyir" - “Qəbələ”nin kapitanı

"Bizi çətin oyun gözləyir" - “Qəbələ”nin kapitanı
16:39 28 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

“Sevindirici haldı ki, tribunalar tam dolacaq” - Rahid Əmirquliyev (25 Mart 2017 22:37)
Almaniyanın Bakıdakı kapitanı müəyyənləşdi (25 Mart 2017 18:37)
"Əl-qolumuzu sallamaq fikrimiz yoxdu" - Cavid Hüseynov (10 Mart 2017 14:37)

“Qəbələ”nin kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Sabah Topaz Premyer Liqanın XIII turunda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqib avrokubok oyununda gözlənilmədən böyük hesablı məğlubiyyətlə barışmalı olub. Bu, tərəzinin tarazlığını poza bilərmi?

 

- “Qarabağ” Avropa komandalarının heç birindən geri qalmır. Bu baxımdan bizi çətin oyun gözləyir. Çempionluq uğrunda mübarizədə ən çətin oyunlarımızdan biri, hətta deyə bilərəm ki, birincisidi.

 

- Birinci dövrədəki görüşdə qələbə qazanmağınız hətta mətbuatda da ajiotaj yaratdı. Həmin vaxt “Qəbələ”nin çempion olacağı deyilirdi. İndi isə xallar bərabərdi. Rəqibin həmin yenilginin revanşını alacağından ehtiyatlanmırsınız?

 

- Revanş deyəndə, “Qarabağ” da qələbə qazanmaq üçün mübarizə aparacaq. Meydana bu məqsədlə çıxacaqlar. Bu qarşılaşma “6 xallıq oyun” adlanır. Bunun revanşa heç bir aidiyyəti yoxdu. Hər iki tərəf qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcək.

 

- Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Qəbələ”dən uğurlu çıxış etməsi necə, çempionat matçına təsir edə bilərmi?

 

- Avrokuboklarla çempionat fərqli yarışdı. Bunları bir-birinə qatmaq olmaz. Avropada hansı komandamızın qələbə qazanmasının fərqi yoxdu, çünki hər bir təmsilçimiz Azərbaycanının idman şərəfini qoruyur. “Qəbələ”nin qrup mərhələsinə yüksəlməsi də elə ölkəmizin adına uğurdu.

 

- “Anderlext”lə matçda meydana çıxmadınız. Düşünmək olarmı ki, baş məşqçi sizi “Qarabağ”la oyun üçün qoruyur?

- “Anderlext”lə qarşılaşmadan əvvəl baş məşqçi müsahibəsində bəzi futbolçuları “Qarabağ”la oyuna saxlayacağını açıqlamışdı. Bunun nə dərəcədə belə olub-olmadığını oyun zamanı biləcəyik.

 

- Birinci dövrənin sonunda “Qarabağ”la xal fərqini xeyli artırmışdınız. Amma indi hər iki komandanın xal ehtiyatı eynidi. “Qəbələ”də eniş çox davam edəcək?

- Eniş müşahidə olunmur. Son matçlarda da qələbə qazanırıq. Bəzi qarşılaşmalar oldu ki, heç-heçə etdik. Bu da süni örtüklə bağlıdı. Fikir verin, “İnter”, “Sumqayıt” və AZAL bu cür örtükdən istifadə etdiyinə görə, onlarla matçlarda xallar itirdik. Süni meydançada oynamaq ağırdı. Buna rəğmən, çalışacağıq mübarizəmizi sona qədər davam etdirək.

 

- Avropa Liqasında və çempionat matçlarında fərqli heyətlərdən istifadə edilir. Limitin necə, oyununuza təsiri varmı?

- Deməzdim ki, təsir böyükdü. Çünki yerli futbolçularımız legionerlərdən heç də geri qalmırlar. Hər biri çempionat görüşündə meydana çıxa, komandaya kömək edə bilər.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Mahmud Abbas Moskvaya səfər edəcək

24 Aprel 2017 05:49

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00