Tamamilə məxfi: "Validol" ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm

Tamamilə məxfi: "Validol" ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm
16:47 28 Noyabr 2016
394 Dünya
Ölkə mətbuatı
A- A+

"Ölüm mələyi"ni öldürdülər (02 Aprel 2017 19:54)
ABŞ-ın məxfi xidmətinin rəhbəri istefa verir (15 Fevral 2017 05:24)

Britaniya məhkəməsi 2012-ci ildə Londonun Sürrey qraflığındakı dəbdəbəli malikanəsinin yaxınlığında qəfildən yıxılıb ölən rusiyalı biznesmen Aleksandr Perepeliçninin işi üzrə adı keçən beynəlxalq killer Valid Luraxmayevlə bağlı kəşfiyyatın əldə etdiyi informasiyaları tam məxfi saxlayacaq.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Britaniya daxili işlər naziri Amber Radd Mİ-5 əks-kəşfiyyat xidmətinin Luraxmayevlə bağlı dosyesinin məhkəmə üzləşdirməsi zamanı açıqlanmasının mümkün olmadığını məhkəmədə sübut edə bilib. Çünki bu informasiyalar Böyük Britaniyanın milli təhlükəsizliyinə zərər vura bilər. 

"The Sunday Times" qəzetinin yazdığına görə, ötən həftə ali məhkəmə Amber Raddın vəsadətini təmin edib və Mİ-5 əks-kəşfiyyat xidmətinin Luraxmayevlə, habelə onun Perepeliçniylə istənilən təmaslarına dair məlumatların açıqlanmasına qadağa qoyub.  Valid Luraxmayev rusiyalı biznesmeni zəhərləməkdə şübhəli bilinir. 

Perepeliçni kim idi ...

Aleksandr Perepeliçni Rusiya məmurlarına  qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasına gətirib çıxaran məşhur "Maqnitski işi" üzrə fiqurantlardan biri olub. O, biznesmen Vladlen Stepanovun partnyoru idi və Britaniyanın "Hermitage Capital Menecment" investisiya şirkətinin hüquqşünası, vəkil Sergey Maqnitski həmin Stepanovun yüksək vəzifəli vergi məmurları ilə büdcə vəsaitlərini necə taladığını üzə çıxarmışdı. Bundan sonra Maqnitskini qurama ittihamla cinayət işi qaldırdılar və vəkil həbsxanada məruz qaldığı işgəncələrdən öldü. Onun öldürülməsi böyük beynəlxalq rezonans yaratdı və sonda Rusiyaya qarşı sanksiyalara gətirib çıxardı. ABŞ Konqresi "Maqnitski Aktı" adlı qanun qəbul edib Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etdi. 

Perepeliçni 2009-cu ildə isə xaricə qaçaraq keçmiş ortağının yüksək vəzifəli məmurlarla korrupsiya əlaqələrinə dair bütün məlumatları, milyardlarla rublluq mənimsəmə faktlarını, məmurlara bağlı offşor şirkətləri, bank hesablarını İsveçrə prokurorluğuna təqdim etdi. Və həmin faktlar əsasında İsveçrə prokurorluğu cinayət işi qaldırdı.

44 yaşlı oliqarxın qəfil ölümü: qaçarkən yıxıldı, ürəyi dayandı

Rusiyadan qaçandan sonra Londonda, Sürrey qraflığının milyonerlər məhəlləsindəki malikanəsində məskunlaşdı, ancaq çox keçmədən müəmmalı ölüm onu haqladı. 2012-ci ildə Perepeliçni malikanəsinin qarşısında səhər yürüşü zamanı qəfildən yıxılıb öldü. Tanışları deyirdilər ki, 44 yaşlı biznesmenin səhhətində heç bir problem yox idi və o, olduqca sağlam biriydi. Elə polis də Perepeliçninin ölümündə şübhəli heç bir dəlilə rast gəlmədi, onun cəsədi üzərində aparılmış analizlərdə zəhər, yaxud radioaktiv maddə izləri tapılmadı.

Lakin 2015-cü ildə bu müəmmalı ölümü yenidən araşdırmağa başladılar və Perepeliçninin mədəsində olduqca nadir zəhərin izlərini tapdılar. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlar nəticəsində məlum oldu ki, biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki-"Gelsemium elegans"ın zəhərindən ölüb. Hansı ki, bu zəhər iysizdir, dadsızdır və onun olduqca cüzi dozası belə ürək fəaliyyətinin qəfil iflic olmasına, beləliklə də qəfil ölümə səbəb olur.

Beləliklə, Perepeliçni Rusiyadan qaçıb Londona sığınan, ancaq ölümdən qaça bilməyən müxaliflərin siyahısını yenilədi. Böyük Britaniya kəşfiyyatı müəyyən etdi ki, biznesmeni rusiyalı killer zəhərləyib. Lakin sifarişi kim verib, bu, qaranlıq qalır.

"Validol" - Putinin "müşaviri"

Məlum olmuşdu ki, Rusiya hüquq-mühafizə orqanları ölümündən az əvvəl internet üzərindən qaçqın oliqarxla əlaqə saxlayaraq ona yüksək vəzifəli şəxslərin adı keçən dələduzluq işi ilə bağlı suallar veriblər. Bu, Çeçenistanda anadan olmuş kriminal avtoritet, "Validol" ləqəbli Valid Luraxmayevin də daxil olduğu qruplaşmanın işi idi. Həmin qruplaşmanın üzvləri özlərini Kremlin yüksək vəzifəli əməkdaşları kimi qələmə verərək müxtəlif biznesmenlərdən, vəzifəli şəxslərdən hədə-qorxu yolu ilə milyonlarla dollar toplayıblar. Habelə bəzən on milyonlarla dollar alaraq onları yüksək vəzifələrə təyin etdirəcəklərini vəd ediblər. Luraxmayev isə özünü hətta "Putinin müşaviri" kimi təqdim edirmiş.

Rusiya İstintaq Komitəsi bu qruplaşmaya iri biznesmen-mafioz Timur Arçakov-Axatnelinin başçılıq etdiyini müəyyən edib. İstintaq aşkara çıxarıb ki, qruplaşma aralarında vəzifəli şəxslər də olmaqla çoxsaylı qurbanlardan on milyonlarla dollar qoparıb, sonradan pul aldıqları şəxslərin bir çoxu öldürülüb. Arçakov bir müddət Rusiyadan qaçıb gizlənsə də onu ötən il yaxalamaq mümkün olub. Luraxmayev isə bu iş üzrə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanları 2012-ci ildə Luraxmayevin mənzilində axtarış aparanda onun ölüm siyahısını tapıblar. Məlum olub ki, bu siyahıda Perepeliçninin də adı var. Luraxmayevin evində Perepeliçninin Londondakı evinin ünvanı, pasport məlumatları və digər məlumatlar olub.

Biznesmenlə "Skype" söhbəti və...

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bu məlumatları tapandan sonra Skype ilə Pereeliçniylə əlaqə yaradıblar. Onun killerin növbəti qurbanı ola biləcəyini deyiblər, nə səbəbdən adının Luraxmayevin siyahısına düşdüyü ilə maraqlanıblar. Biznesmen deyib ki, o, Rusiyadan bir çox iş adamlarına və məmurlarına pullarını xaricə çıxarıb yerləşdirməkdə kömək edib. Və bu işdə  Luraxmayevin bandası ilə əlbir olan qohumu da iştirak edirdi. Hansı ki, həmin qohum Perepeliçninin ona borclu olduğunu deyib və pulu qaytarmaq üçün Luraxmayevə müraciət edib.

Həmin söhbətlərdə Perepeliçni Rusiya hüquq-mühafizə orqanlarına konkret familiyalar və məbləğlər təqdim edib. Tərəflər razılaşıblar ki, bir müddət sonra yenidən əlaqə saxlayıb ətraflı danışsınlar. Lakin bu söhbət baş tutmayıb. Perepeliçni nəyə görəsə Fransaya uçub və Londona geri qayıdandan dərhal sonra, 2012-ci ilin noyabrında ölüb. Ehtimal edilir ki, "Validol" onu məhz Fransada zəhərləyə bilərdi. Çünki killerin evində axtarış zamanı onun Fransaya tez-tez gedib-gəldiyini əks etdirən fotolar tapılıb.

"Validol" Türkiyədə tutuldu, bəs sonra?

Bu, həmin Luraxmayevdir ki, Çeçenistandakı dəhşətli işgəncələr və adam oğurluğu haqda yazan jurnalist, "Novaya qazeta"nın əməkdaşı Anna Politkovskaya güllələnəndə onun da "təsadüfən" qonşu küçədə olduğu üzə çıxmışdı. Habelə Luraxmayev xaricdəki çeçen müxaliflərin və keçmiş səhra komandirlərinin aradan götürülməsini təşkil edənlərdən biridir. 

Bu ilin aprelində Türkiyə xüsusi xidmət orqanları onu tanınmış çeçen müxalif fəal, "Kavkaz-Sentr" saytının redaktoru Abdulvahid Edilgeriyevin qətlində şübhəli kimi həbs etdi. Bu, Türkiyənin Rusiya ilə münasibətlərinin gərgin olduğu vaxtlara təsadüf edirdi. Türkiyə hüquq-mühafizə orqanları bildirirdi ki, tanınmış çeçen müxalifləri öldürmək üçün FTX agentləri göndərilib. Bunlardan biri də "Aleksandr Smirnov" ad-soyadı ilə pasport daşıyan Luraxmayev idi. Lakin Luraxmayev indi haradadır, Türkiyədə həbs olunanan sonra onun aqibəti necə oldu, bu haqda heç bir informasiya yoxdur...

Milli.Az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev: Daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz bəyənilir və dəstəklənir

23 İyun 2017 14:50

Qadın onu bıçaqlayan ərini bağışladı

23 İyun 2017 14:49

Mark Zukerberq ilk dəfə iftara qatılıb

23 İyun 2017 14:47

"Zirə" - "Differdanj" oyununun hakimləri açıqlanıb

23 İyun 2017 14:47

Fenomenal kəşf edən alimin iti məşhurlaşdı - FOTO

23 İyun 2017 14:47

Arvadını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

23 İyun 2017 14:47

"Buta Airways"in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

23 İyun 2017 14:47

AMEA-dan mənzil bölüşdürülməsi probleminə RƏSMİ MÜNASİBƏT

23 İyun 2017 14:43

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

23 İyun 2017 14:43

AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

23 İyun 2017 14:42

Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib

23 İyun 2017 14:42

AMEA mənzillərin bölüşdürülməsi ilə bağlı ittihamlara münasibət bildirib

23 İyun 2017 14:42

"Qəbələ" üzərində qazanılan qələbəyə şərh

23 İyun 2017 14:42

Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı YENİ ŞƏRTLƏR

23 İyun 2017 14:39

Karqo şirkətləri bizi necə aldadır: 150 manat yerinə 520 manat

23 İyun 2017 14:38

Oqtay Əsədov Koreyaya səfər edəcək

23 İyun 2017 14:37

İlham Əliyev: "Azərbaycan dünya miqyasında hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır"

23 İyun 2017 14:37

Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib

23 İyun 2017 14:36

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

23 İyun 2017 14:35

Emili yenə cazibədar bədənini nümayiş etdirdi - FOTO

23 İyun 2017 14:32

Azərbaycan Prezidenti: "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi"

23 İyun 2017 14:32

Formulada daha bir qəza - FOTO

23 İyun 2017 14:32

POLKOVNİK: "Son dərəcə diqqətli olmalıyıq"

23 İyun 2017 14:30

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb

23 İyun 2017 14:29

Şimali Koreyanın gövdə nümayişi ABŞ-ı QARIŞDIRDI

23 İyun 2017 14:28

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?

23 İyun 2017 14:27

"İnsanı bunu çox düşünsə məhv olar"

23 İyun 2017 14:25

Taksi sürücüsü Artur Rasizadənin kortejinin qarşısını kəsdi - VİDEO

23 İyun 2017 14:23

Avropalılar Avropa İttifaqından çıxmaq barədə nə düşünürlər?

23 İyun 2017 14:22

“Azfinance” investisiya şirkətinin zərəri 4 dəfə artıb

23 İyun 2017 14:22

Hamı bu uşağın tanrı olduğuna inanır - FOTO

23 İyun 2017 14:22

Patent müvəkkillərinin attestasiyası keçiriləcək

23 İyun 2017 14:22

Messi haqda yekun qərar: 252 min avroluq təzminat

23 İyun 2017 14:19

Möhtəşəm konsertə hazırlaşan Tarkan danışdı: “Azərbaycan üçün çox darıxmışam” - FOTO

23 İyun 2017 14:18

Vaqif üçün xoş gün - FOTO

23 İyun 2017 14:17

PKK-ya aid mağara məhv edildi

23 İyun 2017 14:17

“Yıxılandan sonra ata minməyə qorxurdu...” - Lent.az-ın əməkdaşı “Qaçaq Nəbi” oldu - FOTOLENT

23 İyun 2017 14:14

"Unibank" kartlarında yeni xidmət

23 İyun 2017 14:13

Evdən qaçan uşaq evin damında tapıldı - FOTO

23 İyun 2017 14:12

Zərərçəkən Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb etdi

23 İyun 2017 14:12

İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq - FOTO

23 İyun 2017 14:12

Azərbaycanın YUNESKO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada səfərdə olub

23 İyun 2017 14:12

Azərbaycan prezidenti Səudiyyə vəliəhdini təbrik etdi

23 İyun 2017 14:10

Müğənni İlhamə Qasımova elə dəyişdi ki... - FOTOLAR

23 İyun 2017 14:09

"ABAD" BMT-nin Dövlət Xidmətləri Forumunda təqdim olunub (FOTO)

23 İyun 2017 14:08

Formula 1 pilotları sərbəst yürüş zamanı yolu səhv saldılar

23 İyun 2017 14:08

Xaricə axan milyonları ölkədə saxlamağın yolu: daxili turizm

23 İyun 2017 14:07

Soyğunçuluğa məruz qalan hakim məhkəmədə təqsirləndirilənləri tanımadı

23 İyun 2017 14:05

Malena Mard: "İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam"

23 İyun 2017 14:05

Coni Deppdən qalmaqallı çıxış: "Trampı da Linkoln kimi öldürəcəklər"

23 İyun 2017 14:03