Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.
Yeni müdir Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami
Namazovdur.
Faktı AzVision.az-a Sumqayıt Şəhər Təhsil şöbəsindən
təsdiqləyiblər.
Bildirilib ki, təhsil şöbəsinin müdiri Ruhiyyət Tağıyeva tutduğu
vəzifədən azad olunub. Onun yerinə Nizami Namazov təyin olunub.