Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Boşanmağıma peşmanam" - xalq artisti

"Boşanmağıma peşmanam" -  xalq artisti

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
Canəli Əkbərovun tələbəsi ilə ŞOK VİDEOSU YAYILDI - Masaj ... (10 Fevral 2017 10:37)

Tarix: 28 Noyabr 2016 16:56

Xalq artisti Fatma Mahmudova boşandığı həyat yoldaşı, mərhum əməkdar artist Tofiq Qarayevdən danışıb, kövrəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində ondan boşandığı üçün peşman olduğunu deyib.

F.Mahmudova bildirib ki, ayrılmalarına səbəb ətrafındakı insanlar olub:

“Ayrılandan sonra ona o qədər diqqət göstərirdim ki, çoxları boşandığımızı bilmirdi. Əvvəl onun yoxluğunu hiss etmirdim, bilmirdim bu qədər əzab çəkəcəm. Əgər bilsəydim, sağlığında başqa cür davranardım. İndi çox peşman olmuşam".

F.Mahmudova üzündə plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:

"Sənətçilərin hamısı üzünü, gözünü dartdırır, dodağını şişirdir. Hamısı anakondaya oxşayır. Mən də plastik əməliyyat etdirib, onlar kimi "anakondasifət" olum? Etdirməmişəm, istəmirəm".


Teqlər:  Boşanmağıma peşmanam xalq artisti



RƏYLƏR


Top xəbərlər