Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədəki azərbaycanlılar prezidentlərə müraciət ünvanladılar - FOTO

Türkiyədəki azərbaycanlılar prezidentlərə müraciət ünvanladılar - FOTO

Date: 28 November 2016 16:57

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilib.

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli Valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Qurultayda əvvəlcə səsvermə əsasında Rəyasət Heyətinin tərkibi seçilib, daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Gündəliyə uyğun olaraq İdarə Heyətinin və Nəzarət-təftiş Komissiyasının 2013-2016-cı illər üçün hesabatları dinlənilib. İdarə Heyətinin adından çıxış edən TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli  istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib.

B. Dündar iki qardaş dövlətin münasibətlərinin tarixinə toxunaraq qeyd edib ki, 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müstəsna xidmətləri, eləcə də Çanaqqala savaşında Azərbaycandan Türkiyəyə gələn minlərlə könüllünün iştirak edərək qəhrəmancasına şəhid olması bu qardaşlığın bariz nümunəsidir.

TADEF sədri qurumun Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb. O, həmçinin, "Kocaeli" qəzetinin hər il təşkil etdiyi "Zirvədəkilər" mükafatının 2012-ci "İlin Qeyri-Hökumət Təşkilatı" nominasiyasının qalibi seçilməsini TADEF-in fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib. Təşkilat rəhbəri Kocaelidə təhsil alan bir qrup azərbaycanlı tələbəyə təqaüdün ayrılmasına nail olduqlarını və bunun davam etdiriləcəyini də bildirib.

B.Dündarın hesabatından sonra Nəzarət-Təftiş Komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, Bilal Dündar növbəti müddət üçün yenidən Federasiyanın rəhbəri seçilib.

Sonda Qurultay iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlanıb.

İlkin İzzət

Milli.Az








Tags:  Türkiyədəki azərbaycanlılar prezidentlərə müraciət ünvanladılar FOTO


RƏYLƏR


Top news