Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Təbriz və Ərdəbillə biznes əlaqələrini genişləndirir

Azərbaycan Təbriz və Ərdəbillə biznes əlaqələrini genişləndirir

Date: 28 November 2016 16:57

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın bir qrup sahibkarlarının dekabrın 17-dən 20-dək İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.
Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sözügedən işgüzar səfərdə iştirak etmək istəyən sahibkarlar ASK-ya müraciət edə bilərlər.


Tags:  Azərbaycan Təbriz Ərdəbillə biznes əlaqələrini genişləndirir

RƏYLƏR


Top news