BP əməkdaşları uşaq bağçasının təmirində iştirak ediblər

BP əməkdaşları uşaq bağçasının təmirində iştirak ediblər
17:02 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.28 noyabr. REPORT.AZ/ “BP-Azerbaijan” şirkətinin bir neçə əməkdaşı ötən həftənin sonunda Ucar rayonunun Qarabörk kəndindəki uşaq bağçasının təmirində iştirak edib.
“Report” xəbər verir ki, bu təşəbbüsdə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova da iştirak ediblər.
BP əməkdaşları uşaq bağçasının divarlarına müxtəlif rəsmlər çəkiblər.
Bu, Şirkət əməkdaşlarının təmir prosesinə qatıldığı ikinci uşaq bağçasıdır. Bundan sonra isə şirkət əməkdaşları bir həftə sonu Yevlax rayonunun Aşağı Qarxun kəndindəki uşaq bağçasının təmirində iştirak edəcəklər. 









Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-emekdaslari-usaq-bagcasinin-temirinde-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR