Sərkisyan: "Rusiya hərbi bazalarına hüquqi əsas..."

Sərkisyan: "Rusiya hərbi bazalarına hüquqi əsas..."
17:12 28 Noyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan müdafiə naziri Vigen Sərkisyan söyləyib.

"Ermənistana hücum zamanı Gümrüdə yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir. Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırki şəraitdə hüquqi əsas məhz bu müqavilədir", - deyə o bildirib.

Qeyd edək ki, Sərkisyan bu gün Moskvaya səfər edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR