Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evlərdə intim xidmət: Ünvan da bəllidir, qiymət də... - FOTO

Bakıda evlərdə intim xidmət: Ünvan da bəllidir, qiymət də... - FOTO

Date: 28 November 2016 17:23

Sosial şəbəkələrdə sensassiyaya səbəb olacaq elanlar yayılıb. Belə ki, "İnstaqram"da yayılan bir elan yüzlərlə insanın diqqətini çəkəsə də, eyni zamanda qınağa da səbəb olub.

"İnstaqram"da intim münasibətlər üçün kirayə evlər elanı yayımlanıb. Metronun "20 Yanvar" stansiyasına yaxın yerləşdiyi qeyd edilən evlər intim münasibətlər üçün nəzərdə tutulub və 50 AZN məbləğində kirayə verilir.

Qeyd edək ki, sözügedən elanın mətni Facebook sosial şəbəkəsində yayımlanaraq tənqid hədəfinə tuş gəlib. Bu evlərin kirayəsi insan alverinə xidmət etdiyindən hüquq-mühafizə orqanları tərəfindən müəyyən ölçülər götürülsə də, görünür, radikal addımlar atılmayıb.

Ola bilsin ki, müəyyən şəxslər də bu məsələdə maraqlı olduqları üçün öz ərazilərində belə hallara göz yumurlar. Ona görə də hələ də bu tip elanların yayınlanmasının qarşısı alınmayıb. (cebhe.info)



Tags:  Bakıda evlərdə intim xidmət Ünvan bəllidir qiymət FOTO

RƏYLƏR


Top news