Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Date: 28 November 2016 17:37

Bakı.28 noyabr. REPORT.AZ/ Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib. 
"Report"un oyunu canlı izləyən əməkdaşının məlumatına görə, 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0. 


Tags:  Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

RƏYLƏR


Top news