UNEC-in Dərbənd filialının rəsmi açılışı olub

UNEC-in Dərbənd filialının rəsmi açılışı olub
17:42 28 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacettepe Universiteti UNEC-i seçir (22 Mart 2017 10:49)
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində (21 Mart 2017 12:29)
UNEC kollektivi Şağan müalicə pansionatında olub (16 Mart 2017 15:34)

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə videokonfrans keçirilib.
UNEC-dən “Report”a verilən məlumata görə, əvvəlcə filialın yeni kompleksi əks olunan videoçarx nümayiş etdirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan – Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib.
Rektor İqtisadi Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubu Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.
Ə.Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyur. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır, deyən rektor vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.
Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər. Onlar UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bərabər həyata keçirdiyi ikili diplom proqramlarından yaralana bilərlər. Eyni zamanda, UNEC-in müvafiq mübadilə proqramları ilə Almaniyanın Ziqen, ABŞ-ın Kolumbiya, Litvanın Mikolas Romeris universitlərində, o cümlədən, Türkiyə və Cənubi Koreyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edirlər. Rektor çıxışına “Dərbənd filialının təkcə Rusiyada deyil, bütün regionda yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olması üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik”, deyərək tamamlayıb.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd fialialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında həqiqətən bacarıqlı və yüksək peşəkarlığa malik pedoqoji heyət fəaliyyət göstərir. Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə öz təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb. Nazir Azərbaycan və Rusiya arasında təhsil sahəsində münasibətlərin dinamik inkişaf etdiyini bildirib: “Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir”.
Qeyd edək ki, UNEC-in Dərbənd filialının ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Bütün zəruri infrastruktura malik filialın mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Filialın akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə sistemi quraşdırılıb.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Əfqanıstanda taliblərin hərbi bazaya hücumu zamanı azı 170 nəfər həlak olub

24 Aprel 2017 07:52

Rusiyada zəlzələ oldu

24 Aprel 2017 07:38

Əkiz uşaqlara hamilə olan məşhur müğənni qısa ətəkdə - FOTO

24 Aprel 2017 07:37

Qrizmann Benzemadan geri qalır

24 Aprel 2017 07:32

Bu qız indi çox məşhurdur - tanıdınızmı? - FOTO

24 Aprel 2017 07:22

ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi

24 Aprel 2017 07:18

"Bu məğlubiyyəti qəbul etmək çox çətindir"

24 Aprel 2017 07:17

Bu dəfə də cəsarətli oldu - FOTO

24 Aprel 2017 07:12

"Təəssüf ki, "Bavariya" üzərində qələbədən sonra bəzi suallar ortaya çıxdı"

24 Aprel 2017 07:05

Populyar aktrisanın yeni FOTOları

24 Aprel 2017 06:32

Evlilik ildönümünüzdə bunları edin

24 Aprel 2017 06:31

Premyer Liqasının ən yaxşı oyunçusu bəlli oldu

24 Aprel 2017 06:23

Bakıda yaşayış binasında yanğın: 40 nəfər təxliyə edildi

24 Aprel 2017 06:14

Mahmud Abbas Moskvaya səfər edəcək

24 Aprel 2017 05:49

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49