Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanukoviç: “Kortejim avtomat silahdan atəşə tutulmuşdu"

Yanukoviç: “Kortejim avtomat silahdan atəşə tutulmuşdu"

Date: 28 November 2016 17:43

“Müstəqillik meydanında (Maydan –red.) mitinqlər zamanı vəziyyətin gərginləşməsinə görə radikallar günahkardır. Mən vəziyyətin kəskinləşməsindən qaçmaq üçün hər şeyi edirdim”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsi prosesində deyib.

Keçmiş prezidentin sözlərinə görə, Müstəqillik meydanındakı atışma öncədən hazırlanmışdı və hakimiyyətin devrilməsi üçün keçirilən xüsusi əməliyyat idi.

Yanukoviç həmçinin bildirib ki, Kiyevdəki yeni hakimiyyət 2014-cü ildə ona qarşı edilən sui-qəsd cəhdini araşdırmalı idi. Keçmiş prezident xatırladıb ki, 2014-cü ilin fevralında siyasi böhranın nizama salınması haqqında müxalifətlə razılaşmadan sonra onun korteji avtomat silahdan atəşə tutulmuşdu.

“Hesab edirəm ki, dövlət başçısının həyatına sui-qəsd kimi belə dəhşətli faktları istənilən yeni hakimiyyət araşdırmağa məcburdur”, - Yanukoviç deyib.

Qeyd edək ki, 2013-2014-cü il Maydan hadisələri zamanı baş verən qarşıdurmalarda 100-dən çox insan ölüb. Onların əksəriyyətinin snayperlər tərəfindən öldürüldüyü bildirilir. Yanukoviçin özü isə 2014-cü ilin fevralında Rusiya hakimiyyəti tərəfindən qaçırılıb.

Ömər Dağlı


Tags:  Yanukoviç Kortejim avtomat silahdan atəşə tutulmuşdu

RƏYLƏR


Top news