Sərxoş Azərbaycanlı ərindən qorxan qadın özünü binadan atdı

Sərxoş Azərbaycanlı ərindən qorxan qadın özünü binadan atdı
10:16 6 Yanvar 2015
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada sərxoş Azərbaycan vətəndaşından xilas olmaq istəyən qadın özünü binadan atıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə yanvarın 5-də gecə saatlarında Sankt Peterburq şəhərinin Neva rayonunda Narondnoya küçəsində baş verib.

Məlumata görə, gənc qadın həyat yoldaşı ilə birlikdə komunal evdə yaşayıb. 45 yaşlı kişi içki aludəçisi olub. O, müntəzəm olaraq evə sərxoş gəlib. Gənc qadını vəhşiçəsinə döyüb. Cütülük arasında baş verənlərdən qonşular da xəbərdar olublar.

Hadisə baş verən günü də o sərxoş vəziyyətdə evə gəlib. Bütün baş verənlərə dözməyən qadın intihar etmək qərarına gəlib. O, özünü yaşadığı mənzilin eyvanından atıb.

Xoşbəxtlikdən bu zaman küçədən keçən 39 yaşlı baş verən hadisənin şahidi olub. O, dərhal təcili yardıma xəbər verib. Dərhal xəstəxanaya çatdırılan gənc qıza çoxsaylı sınıq diaqnozu qoyulub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb ediliblər. Azərbaycan vətəndaşı o qədər sərxoş olub ki, həyat yoldaşının adını və yaşını belə deyə bilməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR