“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
17:57 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündə 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu Qirməkiüstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3 749-3 725 metr intervallarından gündəlik 52 ton neft və 31 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yatagindaki-quyu-esasli-temirden-sonra-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR