Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kadırov dəhşətli qəzadan yazdı: ''O, sərxoş imiş''

Kadırov dəhşətli qəzadan yazdı: ''O, sərxoş imiş''

Ramzan Kadırov Suriyaya gedəcək (22 Mart 2017 09:22)
Dəhşətli qəzadan sonra ölüm anı – Ruh səmaya qalxdı - VİDEO (16 Fevral 2017 15:53)

Tarix: 28 Noyabr 2016 18:05

Çeçenistanın "Qafqaz" magistralında baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov özünün "Instagram" səhifəsində yazıb. O, bildirib ki, qəzaya səbəb "Ford" avtomobilinin sürücüsünün sərxoşluğu olub. "İlkin məlumata görə, qəzada "Ford" avtomobilinin sürücüsü təqsirkardır. Şahidlərin sözlərinə görə, o, sərxoş imiş".

Kadırov qeyd edib ki, "Ford", "VAZ-21014" və "Priora" avtomobillərinin toqquşması zamanı "Ford"un sürücüsü, 10 və 14 yaşlı iki qız, həmçinin 1 qız və 3 kişi ölüblər. Bundan əlavə, qəzada təqsirkarlardan olan "Priora" avtomobilinin sürücüsünün 11 yaşlı oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzada ölmüş 5 nəfərin bir ailənin üzvü olduqları bildirilir. 

Milli.Az


Teqlər:  Kadırov dəhşətli qəzadan yazdı sərxoş imiş



RƏYLƏR


Top xəbərlər