Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya, Türkiyə və Gürcüstanda olublar

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya, Türkiyə və Gürcüstanda olublar

“SOCAR Trading” şirkətinin bazar dəyəri açıqlanıb (10 Mart 2017 11:42)
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb (21 Fevral 2017 11:02)
SOCAR büdcə ödənişini 9% artırıb (09 Fevral 2017 17:47)

Tarix: 28 Noyabr 2016 18:07

Bakı. 28 noyabr. REPORT.AZ/ “SOCAR Yay Məktəbi-2016” layihəsində I yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşaiyəti ilə noyabrın 21-dən 27-dək Almaniya, II yeri tutan komanda Türkiyə, III yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olublar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilib.
Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olublar.








Teqlər:  SOCAR Yay Məktəbi 2016 layihəsinin qalibləri Almaniya Türkiyə Gürcüstanda olublar



RƏYLƏR


Top xəbərlər