Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Siz Belarusun böyük dostusunuz" - Lukaşenko

"Siz Belarusun böyük dostusunuz" - Lukaşenko

Date: 28 November 2016 18:14

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".

 

APA-nın “Belta”ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

 

Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: “Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”.


Tags:  Siz Belarusun böyük dostusunuz Lukaşenko


RƏYLƏR


Top news